SON XƏBƏRLƏR
Koronavirusu 99% məhv edən cihaz hazırlandı

Yazının dərc olunma Tarixi: 22/9/2020

Yaponiyada koronavirusu məhv edən cihaz hazırlanıb.
Koronavirusu 99% məhv edən cihaz hazırlandı
“Ushio” işıq avadanlıqları firması Kolumbiya Universiteti ilə əməkdaşlıq çərçivəsində ultrabənövşəyi şüalar yayaraq yeni tip koronavirusu məhv edən “Care222” adlı cihaz ərsəyə gətirib.

Cihazın buraxdığı ultrabənövşəyi şüaların insana zərər vermədiyi bildirilir. Çünki “Care222” 254 nanometr dalğa ölçüsündə şüa yayan cihazlardan fərqli olaraq 222 nanometrlik şüa yayır. Virus, bakteriya və mikrobları öldürərkən insan orqanizminə buna görə zərər vermir.

Cihaz koronavirusun ən çox yayıldığı ictimai nəqliyyat, qatar, xəstəxana, lift və ofislərin dezinfeksiya edilməsində dəyərləndiriləcək.

Dezinfeksiya ediləcək sahənin tavanına asılması mümkün olan cihaz 2,5 metr məsafədən havadakı virus və bakteriyaların 99%-ni 7 dəqiqə ərzində məhv edir.

“Kyodo” agentliyinin məlumatına görə, cihazın dünyada bənzəri yoxdur.

Cihazın qiyməti 300 min yendir (2 min 870 dollar). 1,2 kq çəkisi olan “Care222” ilk mərhələdə səhiyyə qurumlarına veriləcək.



Fikrini bildir
TƏQVİM
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31