SON XƏBƏRLƏR
Rusiyada koronavirus daha 150 nəfərin həyatına son qoydu

Yazının dərc olunma Tarixi: 23/9/2020

Rusiyada son sutka ərzində daha 6 431 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 1 122 241-ə çatıb.

Rusiyada koronavirus daha 150 nəfərin həyatına son qoyduYeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 970 nəfər.

Son bir gündə virusdan həm də 150 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 19 min 799 nəfər olub.

İndiyədək 923 min 699 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Hindistan və Braziliyadan sonra dünyada dördüncü yerdədir.



Fikrini bildir