SON XƏBƏRLƏR
Süleyman Soylu: “Zəlzələ nəticəsində 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”

Yazının dərc olunma Tarixi: 30/10/2020

Süleyman Soylu: “Zəlzələ nəticəsində 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”
“İndiyə qədər İzmir, Bornova və Bayraklıda 6 binanın dağılması ilə bağlı bildiriş gəlib”.

Bunu Türkiyənin Daxili işlər naziri Süleyman Soylu "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Uşak, Dənizli, Manisa, Balıkesir, Aydın və Muğla bölgələrində kiçik çatlar xaricində insan itkisi ilə bağlı məlumat verilməyib: “Komandalarımız axtarış və xilasetmə işini davam etdirir”.

Qeyd edək ki, bu gün Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub. Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub. Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.



Fikrini bildir