SON XƏBƏRLƏR
Ermənistan döyüşə indi də dustaqları göndərir

Yazının dərc olunma Tarixi: 30/10/2020

Ermənistanda həbsdə olan ondan çox məhbus barəsində həbs qətimkan tədbiri dəyişdirilib, onlar cəbhəyə gedəcəklər.

Ermənistan döyüşə indi də dustaqları göndərirBunu ölkə Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan deyib.

“28 oktyabr tarixinə olan məlumata görə, 12 nəfər məhkum barəsində həbs qətimkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq”, - deyə A.Xaçatryan bildirib.

“Sputnik Armeniya” yazır ki, bu barədə onlarla məhbus ərizə yazıb. Bunlar əsasən korrupsiya və digər cinayətlərə görə cəza çəkən keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Bəzilərinin birinci Qarabağ müharibəsində döyüşmək təcrübəsi var.



Fikrini bildir