SON XƏBƏRLƏR
İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatdı - YENİLƏNİB - 5

Yazının dərc olunma Tarixi: 30/10/2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatdı - YENİLƏNİB - 5
Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hadisə yerində xilasetmə işləri davam edir.

***

20:41

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 321-ə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

20:00

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

19:17

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

18:00

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

16:05

Bu gün yerli vaxtla saat 14:51 radələrində Türkiyənin İzmir şəhərində zəlzələ baş verib.

AFAD-ın açıqlamasına görə zəlzələnin gücü 6,6 bal olub.

Kandilli rəsədxanası isə yeraltı zəlzələnin 6,8 bal gücündə meydana gəldiyini açıqlayıb.



Fikrini bildir