SON XƏBƏRLƏR
Samvel Babayan Paşinyanı xain adlandırdı

Yazının dərc olunma Tarixi: 10/11/2020

Dağlıq Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurasının katibi”, “müdafiə ordusunun” keçmiş komandanı Samvel Babayan "Artsax qəhrəmanı" adından imtina edib.

Samvel Babayan Paşinyanı xain adlandırdıSeparatçıların nümayəndəsi bunu Qarabağa dair razılaşmaya etiraz olaraq edib. O, Ermənistan rəhbərliyini və Qarabağdakı separatçı rejimi xain adlandırıb.

“Xalqın razılığı olmadan bizi təslim etməyinizə kim icazə verdi?”- deyən Babayan Ermənistanın məğlubiyyətinə etiraz olaraq "qəhrəman" titulundan və “təhlükəsizlik şurasının katibi” vəzifəsindən imtina etdiyini açıqlayıb.



Fikrini bildir