Ermənistanda Qarabağ müharibəsi veteranları "Sisakan" könüllü dəstəsinin komandiri Aşot Minasyanın müdafiəsinə qalxıblar.Yerli KİV-lər bildirir ki, məhkəmə binası qarşısında toplaşan erməni veteranlar "Nikol xaindir!" və "Tribunal!" şüarları səsləndiriblər.
Onlar ağır məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını və cavab verməli olduğunu bildiriblər.