SON XƏBƏRLƏR
Movses Akobyan da istefa verdi

Yazının dərc olunma Tarixi: 18/11/2020

Movses Akobyan da istefa verdiErmənistanın müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akobyan istefa ərizəsi yazıb.

Akobyan özü məlumatı təsdiqləyib, yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında istefa səbəbini açıqlayacağını bildirib.

Xatırladaq ki, Movses Akobyan ötən il mayın 24-də baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş təyin edilib. Bundan əvvəl silahlı qüvvələrin baş qərargah rəisi idi. Həmçinin, Qarabağdakı separatçı rejimin “müdafiə naziri” olub.



Fikrini bildir