SON XƏBƏRLƏR
Paşinyanın tərəfdarları və əleyhdarları etiraza çıxıblar

Yazının dərc olunma Tarixi: 18/11/2020

Paşinyanın tərəfdarları və əleyhdarları etiraza çıxıblarYerevanda hökumət binası qarşısında bir qrup şəxs erməni baş nazirə dəstək nümayiş etdirir.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Sözügedən şəxslər arasında hərbçilərin üstünlük təşkil etdiyi bildirilir. Onlar hər şeydə günahı keçmiş hökumətin üzərinə atırlar. “Bizim baş nazirimizi satqın adlandıranlar əslində bizə qarşı çıxır” deyirlər.

Ermənistan baş nazirinin Yerevandakı tərəfdarlarının mitinqi ilə eyni vaxtda Azadlıq Meydanında Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı nazirlər kabinetinin istefası, milli razılıq hökumətinin qurulması və erkən seçkilərin keçirilməsi tələbi ilə müxalifət də mitinq keçirir.

Etirazçılar baş naziri əraziləri itirməkdə günahlandırır və “bu səbəbdən artıq hakimiyyətdə qala bilməz” deyirlər.



Fikrini bildir