Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib.TASS bildirir ki, Ermənistan prezidentinin fərmanında belə deyilir.
Ara Ayvazyan Ermənistanın Meksika, Kosta-Rika, Kuba, Honduras, Qvatemala Və Panamada fövqəladə və səlahiyyətli səfiri postunu tutub. Oktyabrın 16-da Nikol Paşinyanın qərarı ilə o, səfir vəzifəsindən geri çağırılıb və Ermənistan xarici işlər nazirinin müavini təyin edilib.