SON XƏBƏRLƏR
Ermənistan Qarabağda bu günə qədər 2425 hərbçisinin öldüyünü təsdiqlədi

Yazının dərc olunma Tarixi: 18/11/2020

Ermənistan Qarabağda bu günə qədər 2425 hərbçisinin öldüyünü təsdiqlədiSentyabrın 27-dən bu günə kimi Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiqlənib.

Bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, açıqladığı rəqəmlər məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlara əsaslanır.

"Dünən axşam bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib" - nazir deyib.

Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Ən azı ona görə ki, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan döyüşlər vaxtı hər gün minimum 100 itki verdiklərini etiraf etmişdi.

Bundan başqa düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası isə aparılmayıb.



Fikrini bildir