SON XƏBƏRLƏR
Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir

Yazının dərc olunma Tarixi: 21/11/2020

Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir
Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu keçirilir.

REAL xəbər verir ki, səsvermə prosesi saat 08:00-da 17 majoritar dairə üzrə başlayıb.

Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, ilk raundda ümumi səslərin 48,15%-ni toplayan hakim “Gürcü Arzusu” partiyası 76 parlament yeri qazanaraq rəqiblərinə qalib gəlib.

Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib. Lakin qanunvericiliyə əsasən, seçkilərin ikici raundunda namizədliyi geri çəkmək mümkün deyil. Beləliklə, bugünkü seçkilərdə səsvermə bülletenlərində müxalif namizədlərin adları yer alır. Belə ki,

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.



Fikrini bildir