SON XƏBƏRLƏR
Rusiyada daha 24 822 nəfər koronavirusa yoluxub

Yazının dərc olunma Tarixi: 21/11/2020

Rusiyada daha 24 822 nəfər koronavirusa yoluxub
Rusiyada daha 24 822 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutka ərzində 467 nəfər ölüb.

Ölkə üzrə COVID-19-a yoluxanların sayı 2 064 768-ə çatıb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 35 778 nəfərdir.

Ölkədə indiyə kimi koronavirusa yoluxan 1 577 435 nəfər sağalıb.



Fikrini bildir