SON XƏBƏRLƏR
Miçiqan Trampın tələbini rədd edib

Yazının dərc olunma Tarixi: 21/11/2020

Miçiqan Trampın tələbini rədd edib
Amerikanın Miçiqan ştatından olan qanunvericilər Donald Trampın bu ştat üzrə prezident seçkilərinin nəticələrini ləğv etmək barədə tələbini rədd ediblər.

Ekspertlər bunu Ağ Ev uğrunda mübarizədə Trampın növbəti məğlubiyyəti kimi qiymətləndiriblər.

Xatırladaq ki, ötən gün Corciya ştatında da səslərin təkrar sayılmasından sonra nəticələr Co Baydenin qalib gəldiyini göstərib.

Demokrat siyasi lider Trampı 12 284 səs fərqi ilə məğlub edib.

Qeyd edək ki, Co Bayden seçkilərdə 306, Tramp isə 232 səs toplayıb.

Sabiq vitse-prezidentin 20 yanvar tarixində Ağ Evi təhvil alacağı gözlənilir.

O, Amerikanın 46-cı prezidenti olacaq.



Fikrini bildir