SON XƏBƏRLƏR
İranda qətlə yetirilən nüvə alimi ilə bağlı etiraz aksiyası keçirilib

Yazının dərc olunma Tarixi: 29/11/2020

İranda qətlə yetirilən nüvə alimi ilə bağlı etiraz aksiyası keçirilibTehran Universitetinin tələbələri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Tələbələr nüvə fizikası sahəsində ixtisaslaşmış alim Möhsün Fəxrizadəyə sui-qəsd törədənlərin tezliklə tutulub cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, noyabrın 27-də İranın Müdafiə Nazirliyinin Tədqiqat Və İnnovasiya İdarəsinin rəisi, tanınmış alim M.Fəxrizadə qətlə yetirilib. İran mətbuatının yazdığına görə, M.Fəxrizadənin elmi araşdırmaları nüvə proqramının reallaşmasına imkan yaradıb.

İran rəsmiləri bu sui-qəsdin xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən törədildiyini bəyan edib və hadisəni terror aktı kimi dəyərləndiriblər.



Fikrini bildir