SON XƏBƏRLƏR
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik edəcək

Yazının dərc olunma Tarixi: 1/12/2020

ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik edəcəkÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus müddətində yaxın təmasa dair yeni təlimatlar hazırlayır.

TASS agentliyi xəbər verir ki, bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç məlumat verib.

M.Vuynoviç bildirib ki, əvvəl yaxın təmas qaydaları gün ərzində ayrı-ayrı vaxtlarda 15 dəqiqədən çox olmayaraq və iki metr məsafəyə riayət etməklə ünsiyyəti nəzərdə tuturdusa artıq bu qaydalara yeni deyişikliklər gözlənilir.

O əlavə edib ki, tövsiyələrdəki dəyişikliklər ÜST-nin indi COVID-19 barədə daha çox məlumatlı olması ilə bağlıdır.

Yeri gəlmişkən, ÜST-nin son məlumatına əsasən, ötən sutka ərzində dünyada 496 892 nəfər yeni koronavirusa yoluxub, 7 697 nəfər isə dünyasını dəyişib. Beləliklə, yoluxanların ümumi sayı 62 363 527, ölənlərin sayı isə 1 456 687 nəfərə çatıb.



Fikrini bildir