SON XƏBƏRLƏR
Ermənistanda MTX Qarabağdan silah qaçaqmalçılığının üstünü açdı

Yazının dərc olunma Tarixi: 15/1/2021

Ermənistanda MTX Qarabağdan silah qaçaqmalçılığının üstünü açdıErmənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağdan qanunsuz avtomat və digər silah qaçaqmalçılığı işinin üstünü açıb.

Bu barədə MTX-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, cinayət sxemini Yerevan sakini S.B. təşkil edib. Sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra o, könüllü Qarabağa gedib. Bir qrup şəxslə əlbir olaraq, qanunsuz şəkildə Qarabağdan gətirdiyi silahları Yerevandakı mənzilinə yerləşdirib. Noyabr ayının əvvəllərində onları 500-600 dollara satmağa hazırlaşıb. Axtarış zamanı onun mənzilindən avtomatlar, patronlar və digər döyüş sursatları tapılıb.

Bundan əlavə, Sünik bölgəsinin Tex kəndində Yerevana qanunsuz daşınması və satışı üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlar aşkarlanıb.

Ümumilikdə 43 ədəd “Kalaşnikov” avtomatı, təxminən 7.62 çaplı 280 patron, 23 qutu 5.45 patronu və qumbara ələ keçirilib.

Milli Təhlükəsizlik Xidməti vətəndaşları qanunsuz olaraq əldə etdikləri silah-sursatları təhvil veriməyə çağırıb. Bu halda onların cinayət məsuliyyətindən azad ediləcəyi bildirilib.



Fikrini bildir