SON XƏBƏRLƏR
Türkiyədə daha bir İŞİD-çi ələ keçdi

Yazının dərc olunma Tarixi: 15/1/2021

Türkiyədə daha bir İŞİD-çi ələ keçdiTürkiyə Silahlı Qüvvələrinin tabeliyindəki sərhəd qoşunları “qırmızı bülleten”lə axtarılan İŞİD terrorçusunu ölkəyə girməyə çalışarkən yaxalayıb.

“Anadolu” bildirir ki, Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Kilisdəki Alsancaq Sərhəd Polis Şöbəsinin nəzarətindəki ərazidə Suriyadan Türkiyəyə qaçaq yolla keçməyə çalışan şəxs müəyyən edilib.

Quru Qoşunları Komandanlığı birlikləri tərəfindən saxlanılan Özbəkistan vətəndaşının İŞİD üzvü olduğu, “qırmızı bülleten”lə axtarışda olduğu üzə çıxıb.

Terrorçu ilə bağlı istintaq aparılır.



Fikrini bildir