Gürcüstanda son sutka ərzində 469 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytından məlumat verilib.
Bildirilib ki, son sutka ərzində 14 nəfər ölüb.
Ölkə üzrə COVID-19-a yoluxanların sayı 249 934 nəfərə çatıb, indiyə qədər 2 987 xəstə vəfat edib. Sağalanların sayı isə 235 922 nəfərə çatıb.