SON XƏBƏRLƏR
İranda koronavirus daha 84 nəfərin ölümünə səbəb oldu

Yazının dərc olunma Tarixi: 20/1/2021

İranda koronavirus daha 84 nəfərin ölümünə səbəb olduİranda ötən sutka ərzində 84 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57057 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, ölkədə ötən 24 saat ərzində həm də 6182 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1348316 nəfərə çatıb. Virus daşıyıcılarından 4214 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək bu virusdan 1137812 nəfər sağalıb.



Fikrini bildir