SON XƏBƏRLƏR
MİXAİL SAAKAŞVİLİNİN MƏHKƏMƏSİNDƏ DAVA DÜŞDÜ- 15 NƏFƏR SAXLANILDI

Yazının dərc olunma Tarixi: 29/11/2021

MİXAİL SAAKAŞVİLİNİN MƏHKƏMƏSİNDƏ DAVA DÜŞDÜ- 15 NƏFƏR SAXLANILDI
..Bu gün Tbilisidə eks-prezident Mixail Saakaşvilinin məhkəməsində qalmaqal yaşanıb...
Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında eks prezident Mixeil Saakaşviliyə dəstək məqsədi ilə keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrini pozduqları üçün saxlanılıblar. Xatırladaq ki, aksiya zamanı müxalifət lideri Gigi Uqulava da polis tərəfindən saxlanılıb.
Qarşıdurma davam edir, hakimlərin qərarı gözlənilir...
A.Məmmədli



Fikrini bildir