SON XƏBƏRLƏR
Türkiyədə Ərdoğanın iştirakı ilə keçirilən mitinqdə terror aktına cəhd

Yazının dərc olunma Tarixi: 5/12/2021

Türkiyədə Ərdoğanın iştirakı ilə keçirilən mitinqdə terror aktına cəhd
...Dünən Türkiyədə Ərdoğanın iştirakı ilə kütləvi mitinq keçirilib... Lakin mitinq zamanı Prezident Ərdoğana qarşı terrora cəhd edilib... “Türkiyə təhlükəsizlik qüvvələri şənbə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərinin cənub-şərqində keçirilən mitinq zamanı işə düşə biləcək partlayıcı qurğu aşkarlayıb və zərərsizləşdirib. Türk-CNN-nin məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Həmzə Dağ “CNN Türk”ə bildirib. “Mardində xidmətə çıxan polis əməkdaşının maşınının altına partlayıcı qurğu qoyulub, Siirtə gələndə onu işə salmaq planlaşdırılıb. Məqsəd mitinqi, sabitliyi pozmaq olub”, deyə Həmzə Dağ əlavə edib. Partlayıcı qurğu polis tərəfindən avtomobilə baxış zamanı tapılıb və istehkamçılar tərəfindən məhv edilib, polis şübhəliləri axtarır.
***
Son vaxtlar Türkiyə Prezidentinin rəhbərliyi ilə Türk Şurasının yaradılmasından sonra Türkiyəyə qarşı beynəlxalq diqqət və təzyiq artıb. Son vaxtlar türk lirəsinin başına gələnlər də bu təzyiqin tərkib hissəsi sayıla bilər...
A.Məmmədli



Fikrini bildir