SON XƏBƏRLƏR
Avropa Şurası Saakaşviliyə məktub göndərdi: "Sizin hüquqlarınızın..."

Yazının dərc olunma Tarixi: 20/1/2022

Avropa Şurası Saakaşviliyə məktub göndərdi: "Sizin hüquqlarınızın..."
"Sizin fundamental hüquqlarınızın qorunması məsələsini xüsusi diqqətlə izləyəcəyik". Bu barədə sabiq prezident Mixeil Saakaşviliyə Avropa Şurasının adı ilə Şuranın prezidenti Şarl Mişelin kabinetinin rəhbəri - Frederix Bernand və Avropa Komissiyasının prezidentinin adı ilə prezident Ursula Fon Der Laiyenin kabinetinin rəhbəri - Biyorn Ziberti tərəfindən göndərilən məktubda bildirilir. Məktuba əsasən, Avropa Şurası və Avropa Komissiyası Mixeil Saakaşvilinin fundamental hüquqları ilə bağlı alınan qərarları xüsusi diqqətlə izləyəcək: "Hörmətli Mixeil bəy, 2014-cü ilin 14 oktyabrında göndərdiyiniz məktuba görə sizə təşəkkür edirik.
Sizin Qori hərbi hospitalına aparılmanızı və aclıq aksiyasını dayandırmanızı alqışlayırıq.
Gürcüstan hökumətinin məhkumun sağlamlığını, buna uyğun olaraq alternativ müalicə imkanını təmin etməklə bağlı hüquqi öhdəliyi var.
Gürcüstanın insan hüquqları ilə bağlı Avropa konvensiyası qarşısında götürdüyü öhdəlikləri, həmçinin Strasburq məhkəməsi tərəfindən təyin edilmiş öhdəlikləri tam olaraq yerinə yetirməyə çağırırıq.
Gələcəkdə növbəti deskalasiyanın baş tutması çox önəmlidir. Bu prosesə hakimiyyət və müxalifət öz töhvəsini verməlidir. Biz sizin fundamental hüquqlarınızın qorunması məsələsini, həmçinin sizinlə bağlı ədalətli məhkəmə haqqlarının istifadəsini xüsusi diqqətlə izləyəcəyik", - deyə məktubda bildirilir. Məktubda həmçinin qeyd olunub ki, ölkədə azad və ədalətli məhkəmənin olması Avropa İttifaqı və Gürcüstan əlaqələri üçün həlledicidir, bundan əlavə, Assosiasiya sazişində də Gürcüstan tərəfi bu barədə öhdəliklər götürüb.



Fikrini bildir