ZELENSKİNİ ÖLDÜRMƏYİ PLANLAŞDIRIRAN ÇEÇENLƏR BELƏ MƏHV EDİLDİ- VİDEO

Yazının dərc olunma Tarixi: 1/3/2022

ZELENSKİNİ ÖLDÜRMƏYİ PLANLAŞDIRIRAN ÇEÇENLƏR BELƏ MƏHV EDİLDİ- VİDEO
Kəşfiyyat Ukrayna Silahlı Qüvvələrinin Zelenskini öldürməyi planlaşdıran Kadırovçuları necə məhv etdiyini belə təqdim edib...
Belə ki, "Təzadlar" "Ukrainskaya pravda"ya istinadlı məlumatında bildirir ki, fevralın 26-da Ukrayna Silahlı Qüvvələri prezident Vladimir Zelenskini məhv etməyi planlayan çeçen qrupunu məhv edib. Bu barədə Ukrayna kəşfiyyatının məlumatında bildirilib. Məlum olduğu kimi, Rusiya Federasiyasının Ukraynaya qarşı “əməliyyatında” əsas rol Kiyevin ələ keçirilməsinə və ölkənin ali rəhbərliyinin, o cümlədən prezidentin fiziki məhvi həvalə edilib.
Putin Çeçenistanın rəhbəri Ramzan Kadırova ən çirkli işləri görməyi tapşırıb, 2022-ci il fevralın 3-də keçirilən görüşdə isə şəxsən ona bu barədə göstəriş verib. Çeçenlərin vəzifəsi Kiyevin təmizlənməsi, Zelenskinin fiziki ləğv edilməsi və Ukrayna liderləri ilə profilaktik iş aparılması kimi vəzifələr müəyyən edilib. Bundan sonra Qroznıda təcili olaraq Kadırovun güc blokunda köməkçisi Daniil Martınovun rəhbərlik etdiyi zərbə endirmə qüvvəsi yaradılıb.
Təbii ki, Tanrı ədalətlinin yanındadır...
A.Məmmədli



Fikrini bildir