SON XƏBƏRLƏR
Avropada qrip epidemiyası: ölənlərin sayı artır

Yazının dərc olunma Tarixi: 8/2/2019

Yunanıstanda “donuz qripi” epidemiyası ilin əvvəlindən bəri 39 nəfərin həyatına son qoyub.
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Oxu.az-ın məlumatına görə, informasiyanı Yunanıstanın Xəstəliklərə nəzarət və profilaktika Milli Mərkəzi ictimailəşdirib.

Təkcə ötən həftə H1N1 virusu 20 nəfərin ölümünə səbəb olub. Bu xəstəliklə bağlı 200 nəfər xəstəxanaya yerləşdirilib. Onların bir çox reanimasiya şöbəsində ölümlə çarpışır.

İnfeksion xəstəliklər üzrə mütəxəssis Sotiris Siordas qeyd edib ki, ölkədə qrip xəstəliyinə yoluxma riski bütün yaş kateqoriyalarında durmadan artır. Xəstəxanalarda bu virusa yoluxmuş körpələr və qocalar da var.

Letal sonluq (ölüm), adətən, peyvənd olunmamış insanlarda qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun məlumatına görə, qrip viruslarına yoluxma hallarının çoxalması Avropanın 26 ölkəsində qeydə alınıb.

Fransada noyabr ayından bəri qriplə əlaqədar fəsadlaşmadan mindən çox insan həyatını itirib.

Dünya üzrə ən böyük qrip epidemiyası Yaponiyada qeydə alınıb. Bu ölkədə son aylar ərzində 2,2 milyon nəfər qripə tutulub.



Fikrini bildir
TƏQVİM
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28