SON XƏBƏRLƏR
Qar uçqununa düşən hərbçilərimizin axtarışları nəticə vermir

Yazının dərc olunma Tarixi: 9/3/2019

Azərbaycan ordusunun martın 7-də qar uçqununa düşmüş iki hərbçisinin axtarışları nəticə vermir.
Qar uçqununa düşən hərbçilərimizin axtarışları nəticə vermir
Virtualaz.org xəbər verir ki, gizir Abdullayev Hafiz Məhəd oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun taleyindən hələ də xəbər yoxdur. Müdafiə Nazirliyi martın 7-dən bəri hərbçilərin axtarışlarının gedişi barədə əlavə məlumat yaymayıb. Bu isə o deməkdir ki, axtarışlar hələlik nəticəsiz qalıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına əsasən hərbçilər “mövqe istiqamətində hərəkətdə olarkən” qar uçqununa düşüb. Onların axtarışlarına ixtisaslı xilasedicilər və xüsusi texnika cəlb olunub.

Hərbçilərin Murov aşırımında qar uçqusuna düşdükləri təxmin edilir.



Fikrini bildir