SON XƏBƏRLƏR
Ərdoğan Şri-Lankadakı terror aktları haqqında: “Bütün bəşəriyyətə qarşı yönəldilib”

Yazının dərc olunma Tarixi: 21/4/2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şri-Lankada kilsələrdə və otellərdə törədilən terror aktlarını qətiyyətlə pisləyib. Bu barədə T.Ərdoğan öz "Twitter" səhifəsində yazıb.
Ərdoğan Şri-Lankadakı terror aktları haqqında: “Bütün bəşəriyyətə qarşı yönəldilib”
Türkiyə prezidenti bildirib: "Pasxa bayramı zamanı törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu hücumlar bütün nəşəriyyətə qarşı yönəldilib".

T.Ərdoğan öz və bütün Türkiyə xalqının adından terror aktlarında həlak olanların ailələrinə başsağlığı, xəsarət alanlara isə tez bir zamanda sağalmalarını diləyib.



Fikrini bildir