SON XƏBƏRLƏR
Ramazanın sonuncu gününün duası

Yazının dərc olunma Tarixi: 4/6/2019

Ramazanın sonuncu gününün duası
İyunun 4-ü Ramazan ayının 30-cu, sonuncu günüdür. Xatırladırıq ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda bu gün imsak saat 03:22-də, iftar isə saat 20:23-dədir. Ramazan ayının 30-cu gününün duası: "Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin".
Tərcüməsi: "İlahi, bu gün mənim orucumu şükürlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".
Allah orucunuzu qəbul etsin!



Fikrini bildir