SON XƏBƏRLƏR
İşğalçılar Ağdamda məktəbi atəşə tutdu

Yazının dərc olunma Tarixi: 26/10/2020

İşğalçılar Ağdamda məktəbi atəşə tutdu
Oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Bu barədə Azərbaycanın Təhsil Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, nəticədə, məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.



Fikrini bildir