SON XƏBƏRLƏR
"Bərdədə ölənlərin sayı 20 nəfərə çatıb"

Yazının dərc olunma Tarixi: 28/10/2020

"Bərdədə ölənlərin sayı 20 nəfərə çatıb"
“Ermənistan tərəfindən Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20 nəfər həlak olub. Onların hamısı günahsız dinc sakinlər idi”.

Pravdainfo.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Smerç” kasset raketləri istifadə olunub. “Human Right Watch” və “Amnesty International”ı Ermənistanın bu cür cinayətlərini yerindəcə incələməyə dəvət edirik”, - o vurğulayıb.



Fikrini bildir