SON XƏBƏRLƏR
ERMƏNİLƏR ŞUŞANIN ƏLDƏN GETDİYİNİ GİZLƏTMİR

Yazının dərc olunma Tarixi: 6/11/2020

ERMƏNİLƏR ŞUŞANIN ƏLDƏN GETDİYİNİ GİZLƏTMİR
"Şuşaya yaxın ərazilərdə iki gündür şiddətli döyüşlər dayanmır". "Təzadlar" "Sputnik Armeniya"ya istinadla bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan brifinqdə belə deyib. "Bu döyüşlər şəhəri əhatə edən yaşayış məntəqələrinin yaxınlığında, Şuşaya gedən yollardadır..."
Həyəcanını gizlətməyən Artsrun Ovannisyan sonda deyib: "Şuşa bizimdir, Şuşa yenilməyəcək. Əmin olun ki, Ermənistan ordusu sona qədər döyüşəcək".
Göründüyü kimi, Ermənistan başqa bir dövlətin-Azərbaycanın ərazisində döyüş apardığını açıq şəkildə deyir. Bu isə təcavüzdür, beynəlxalq qanunlara tüpürməkdir. Və Paşinyan hakimiyyəti hələ bir həyasızcasına "Azərbaycan Ermənistan ərazisinə raket atıb" kimi saxta məlumatlar da yayır. Hansı ki, Ermənistanın Azərbaycan ərazisində müharibə apardığı aydın şəkildə ortadadır, özləri bunu təsdiqləyir.
Qarabağ Azərbaycandır!



Fikrini bildir