SON XƏBƏRLƏR
“Sən türkün ayaqqabılarını yalamısan”

Yazının dərc olunma Tarixi: 29/11/2020

“Sən türkün ayaqqabılarını yalamısan”“Məğlub olmuş torpaqverən vaxtilə vətəni azad edənlərə “avropada və moskvada boynu əyri ayaqqabı yalayanlar” deyirdi”.

Bunu Ermənistanın Respublikaçılar Partiyasının üzvü Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.

“Bu gün sən “türkün ayaqqabılarını yalamısan” və xahiş edirsən ki, Moskvada onların “ayaqqabılarını yalamağına” icazə versinlər. İndi kim boynu əyri siyasət yürüdüb? Biz yoxsa sən, ay misilsiz məhv edən? Cəsarətin və boş qürurun harada itib? Paşinyan məğlubiyyətin simvoludur”, - deyə Şarmazanov qeyd edib.



Fikrini bildir