SON XƏBƏRLƏR
5G ISTİFADƏÇİLƏRİ HANSI ÖLKƏDƏ DAHA ÇOXDUR?

Yazının dərc olunma Tarixi: 16/7/2021

5G ISTİFADƏÇİLƏRİ HANSI ÖLKƏDƏ DAHA ÇOXDUR?
Uzun müdət idi ki, sürətli mobil rabitənin insan orqanizminə zərərindən danışılırdı. Lakin hələki bu fakt nə təkzib, nə də təsdiqlənirdi. Lakin indi o da bəlli olur ki, dünya üzrə 5-ci nəsil (5G) mobil rabitə istifadəçilərinin 89%-i Çində yaşayır. Bu barədə “China Internet Development Report-2021” adlı hesabatda bildirilir. Sənədə əsasən, ötən il ölkə ərazisində 5G istifadəçilərinin sayı 160 milyon nəfərdən çox olub. Çin dünyada ən böyük fiber-optik infrastruktur, 4G və 5G müstəqil şəkələrini yaradıb. Bu ölkədə 916 min 5G baza stansiyası istifadəyə verilib ki, bu da dünyada istifadədə olan stansiyaların 70%-ni təşkil edir.
Göründüyü kimi, dünyada elektronika və fiber-optik infrastruktur sahəsində Çin liderliyi əldə saxlayır. Lakin alimlər də inkar etmir ki, yer kürəsi bu optik cihazların elektromaqnit dalğasının əhatəsindədir və şəbəkələşmə getdikcə artır. İstər-istəməz bu şüalanmalar orqanizmə təsirsiz ötüşməyə bilməz. Bunu heyvanlar üzərində aparılmış təcrübələrin nəticələri də təsdiqləyir. Hamilə qadınların və körpə uşaqların mobil telefonlardan və digər bu tip qurğulardan daha çox kənar olması tələbi isə elə-belə yaranmayıb.
Bəli, mobil rabitənin əhəmiyyəti nə qədər çox olsa da, onun zərərindən də kənar olmaq bir o qədər doğru addımdır.
A.Məmmədli



Fikrini bildir
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30