SON XƏBƏRLƏR
Rusiyanın hərbi itkiləri açıqlandı

Yazının dərc olunma Tarixi: 23/4/2022

Rusiyanın hərbi itkiləri açıqlandı
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 854 tankı, 2205 zirehli döyüş maşını, 403 artilleriya sistemi, 143 reaktiv yaylım atəşi sistemi, 69 havadan müdafiə sistemi, 177 hərbi təyyarəsi, 154 helikopteri, 1543 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 182 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 21 600-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.



Fikrini bildir