SON XƏBƏRLƏR
Rusiya Ukraynada ciddi itkilər verir

Yazının dərc olunma Tarixi: 24/4/2022

Rusiya Ukraynada ciddi itkilər verir
Ukrayna həftə ərzində Donbas təmas xətti boyunca Rusiyanın bir neçə hücumunu dəf edib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın bəzi əraziləri ələ keçirməsinə baxmayaraq, ukraynalıların müqaviməti bütün cinahlarda güclü olub və bu, Rusiya qüvvələrinin ciddi itkilər verməsi ilə nəticələnib.

Vurğulanıb ki, Rusiya hərbçilərinin zəif əhval-ruhiyyəsi və əvvəlki hücumlardan sonra yenidən cəmlənmə, təchizat və təşkilatlanma üçün məhdud vaxtın olması onun döyüş effektivliyinə mane olur.



Fikrini bildir