SON XƏBƏRLƏR
Sabirabadda 2 qohum əlbir olub 25 minlik mal-qara oğurladı - VİDEO

Yazının dərc olunma Tarixi: 15/7/2017

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.
Sabirabadda 2 qohum əlbir olub 25 minlik mal-qara oğurladı - VİDEO
ARB TV xəbər verir ki, saxlanılan şəxslərin ətraflarında əməliyyat tədbirləri davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təssərrüfadan ümumilikdə 20 iri buynuzlu mal-qara oğurladıqları məlum olub.
Qeyd edək ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə təsərrüfat sahiblərinə 25 min manata yaxın maddi ziyan vurublar. Həmin məbləğin bir qisminin ödənilməsi təmin edilib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.




Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30