SON XƏBƏRLƏR
10 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb

Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb. "Report" xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda baş verib.
10 yaşlı uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb
Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.


Fikrini bildir