SON XƏBƏRLƏR
Arvadını taxta parçası ilə döydü

Bərdə rayonunda yerli sakin arvadını taxta parçası ilə döyüb.
Arvadını taxta parçası ilə döydü
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə şəhəri, C.Cabbarlı küçəsində baş verib.

Belə ki, şəhər sakini 23 yaşlı Səfurə Marif qızı Bayramova hər iki gözünün sıyrılmış, cırılmış, əzilmiş yarası və ağır kəllə-beyin travması ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın əri tərəfindən taxta parçası ilə döyülüb. Xəstəxanadan "Report"un yerli bürosuna qadının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Fikrini bildir