SON XƏBƏRLƏR
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Yazının dərc olunma Tarixi: 13/3/2018

Mart ayının 12-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.



Fikrini bildir