SON XƏBƏRLƏR
95 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb

Yazının dərc olunma Tarixi: 17/7/2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
95 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb
"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, C.İsayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə, 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyək onları aldadıb.

Daha sonra F.Abdullayeva ilə M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.

Sabunçu rayon Polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.



Fikrini bildir