SON XƏBƏRLƏR
Göyçayda taxıl sahəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Yazının dərc olunma Tarixi: 19/7/2018

Bu gün saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində biçilmiş 20 hektar taxıl sahəsi yandırılıb.
Göyçayda taxıl sahəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Fikrini bildir