SON XƏBƏRLƏR
Sumqayıt sakininə qarşı quldurluq edən şəxslər tutulub

Yazının dərc olunma Tarixi: 14/8/2018

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.
Sumqayıt sakininə qarşı quldurluq edən şəxslər tutulub
DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini R.Şirinovu bıçaqla hədələyib ondan kondisionerlərin qazla doldurulmasında istifadə edilən 2 ədəd balonu alıblar.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Həsənəlizadə və qardaşı İsmayıl Həsənəlizadə saxlanılıblar.



Fikrini bildir