SON XƏBƏRLƏR
Sabirabad sakini restoranda yıxılaraq ölüb

Yazının dərc olunma Tarixi: 14/8/2018

Sabirabad rayonunda yerli sakin restoranda yıxılaraq ölüb.
Sabirabad sakini restoranda yıxılaraq ölüb
"Report"un Mil-Muğan bürosunun veridyi məlumata görə, hadisə "Ana Kür" restoranında baş verib.

Belə ki, rayonun Surra kənd sakini, 1965-ci il təvəllüdlü Usubəli Heydərəli oğlu Cəfərovun başına restoranda dəmir parçası düşüb və o, yıxılaraq ölüb.

Məlumata görə, U.Cəfərov həmin restoranda elektrik-çilingər işləyib.

Faktla bağlı araşdırmalara başlanılıb.



Fikrini bildir