SON XƏBƏRLƏR
Banka borcu olan İran vətəndaşı qanunsuz yolla Azərbaycandan qaçarkən saxlanılıb

Yazının dərc olunma Tarixi: 21/8/2018

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayə­sində “Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azər­baycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb.
Banka borcu olan İran vətəndaşı qanunsuz yolla Azərbaycandan qaçarkən saxlanılıb
DSX-nın Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aş­kar olunub.

Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran İslam Res­publikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliy­yatı nəti­cəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətən­da­şı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Mə­həmməd ol­ması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azər­bay­cana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qur­ma­sı, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qa­da­ğa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum ol­ub.

Sərhəd pozucusunun üzərində Azər­bay­can­da yaşa­maq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif 6 ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub.

Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Fikrini bildir
TƏQVİM
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30