SON XƏBƏRLƏR
Hacı İbrahim yanan bina ilə bağlı açıqlama verdi

Yazının dərc olunma Tarixi: 31/8/2018

Bakının Nəsimi rayonu ərazisində yaşayış binasında yanğın hadisənin olduğu haqda məlumat yayılıb.
Hacı İbrahim yanan bina ilə bağlı açıqlama verdi
"Report"un xəbərinə görə, hadisə rayonun Sübhi Salayev küçəsində qeydə alınıb. Sakinlər sayta bildiriblər ki, yanğın olan bina Hacı İbrahim kimi tanınan iş adamı İbrahim İbrahimova məxsusdur.

Hacı İbrahim isə musavat.com-a bildirib ki, yayılmış məlumatda qeyri-dəqiqlik var: "Birincisi, saytlar mənim adımı başlığa çıxarıb, hadisəyə dəxli olmayan bina şəkli qoyublar. İkincisi, orda bina yoxdu. Bizim şirkət o ərazini alıb. Ərazidəki ailələri köçürmüşük, köhnə evlər də sökülüb. Bu gün kimsə gəlib ordan kabel kəsib aparıb, siqaret çəkib atıb, nəticədə ehtiyatsızlıqdan yanğın baş verib".

İş adamı bildirib ki, 1.2 hektar ərazidə 10 bloklu bina tikmək istəyiblər: "Dövlət Şəhərsalma və Arxitektura İdarəsi isə həmin ərazidə 3 bloklu binaya icazə verib. Ona görə də işlər yubanır. Sənədləşmə, layihə işləri ilə məşğuluq. Bu əsnada orda kimsə ehtiyatsızlıq edib, yanğın törədəcksə, buna biz gnühklar deyilik".



Fikrini bildir