SON XƏBƏRLƏR
Şamaxıda ər arvadını güllələdi

Yazının dərc olunma Tarixi: 11/9/2018

Şamaxı rayonunun Çarhan kəndində silahlı insident baş verib.
Şamaxıda ər arvadını güllələdi
Oxu.Az-ın regional müxbirinin verdiyi məlumata əsasən, kənd sakini Gültəkin Daşdiyeva bir neçə saat əvvəl güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadının yaxınları bildiriblər ki, Gültəkinə onun həyat yoldaşı Zaur Daşdiyev atəş açıb.

G.Daşdiyevanın vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir