SON XƏBƏRLƏR
Cəlilabadda təcili yardım maşını piyadanı vuraraq öldürüb

Yazının dərc olunma Tarixi: 23/9/2018

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabadda təcili yardım maşını piyadanı vuraraq öldürüb
"Report" xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, təcili yardım avtomobili xəstə aparırmış.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir