SON XƏBƏRLƏR
Şəmkirdə sürücü sükan arxasında yataraq qəza törədib

Yazının dərc olunma Tarixi: 25/9/2018

Şəmkir şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Şəmkirdə sürücü sükan arxasında yataraq qəza törədib
"Report"un Qərb bürosunun məlumatına görə, 1957-ci il təvəllüdlü yerli sakin Nağıyev Mehdi Kamil oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil şəhərdəki otellərdən birinin qarşısında "VAZ-21099" ilə toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alıb. K.Nağıyevin aldığı xəsarət ciddi olduğundan o, xəstəxanaya yerləşdirilib. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə sürücü K.Nağıyevin avtomobili yuxulu halda idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir