SON XƏBƏRLƏR
Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb

Yazının dərc olunma Tarixi: 30/9/2018

Abşeron rayonunun Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb.
Xırdalan şəhərində intihara cəhdin qarşısı alınıb
Pravdainfo.org FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.



Fikrini bildir