SON XƏBƏRLƏR
Salyanda 53 yaşlı velosipedçini maşın vurdu

Yazının dərc olunma Tarixi: 18/11/2018

Bu gün axşam saatlarında Salyan şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Salyanda 53 yaşlı velosipedçini maşın vurdu
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Ələt-Astara avtomobil yolunun Salyan şəhərində yerləşən “Ay işığı “ marketinin qarşısından keçən 59 –cü km-də Salyan şəhərinin 20 Yanvar küçəsinin sakini, 1965-ci ildə anadan olmuş Azər İsmayıl oğlu İsmayılov velosipedlə çörək almağa gedərkən onu Salyan şəhər sakininin idarə etdiyi avtomobil vurub. Xəsarət almış velosipedçi baş-beyin silkələnməsi diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir